Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2023 05:16
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) verdiyi beynəlxalq həbs qərarı Rusiya Prezidenti Vladimir Putin üçün Qərbin bütün sanksiyalarından daha təhlükəli ola bilər.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Aleksandr Baunov bildirib.
O qeyd edib ki, həbs qərarı hələlik Putin üçün birbaşa hüquqi nəticələr verməyəcək. Lakin bu, Kremlin qlobal Qərblə əlaqəni kəsdikdən sonra qlobal Şərq və Cənub ölkələri ilə münasibətləri düzəltmək cəhdlərinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər:
"Kremlin ən böyük həmsöhbətləri - Çin, Hindistan, Türkiyə də BCM-ni tanımır. Amma demək olar ki, Rusiyanın özünü ona qarşı mübarizədə flaqman kimi təqdim etməyə çalışdığı bütün Afrika və Latın Amerikası bu məhkəməni tanıyır. Bəzi Afrika ölkələri nəinki BCM-ni tanıyır, əksinə, onunla ədalətin həyata keçirilməsində əməkdaşlıq edirlər".
Qeyd edək ki, martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin və Rusiya Prezidenti yanında uşaq hüquqları üzrə səlahiyyətli şəxs Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.