Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Meydana çıxıb qapıçını yumruqlayan azarkeşə 40 illik cəza

Meydana çıxıb qapıçını yumruqlayan azarkeşə 40 illik cəza

Tarix: 22 Mart 2023 11:42

Avropa Liqasının pley-off mərhələsində keçirilmiş PSV - "Sevilya" matçında meydana çıxıb rəqib qapıçı Marko Dmitroviçə hücum edən azarkeşin cəzası açıqlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Niderland təmsilçisi fanatın oyunlara girişinə 40 illik qadağa qoyub. Bundan başqa onun 2 il ərzində stadion ətrafına da buraxılmayacağı bildirilib.

Dmitroviçə hücum edən azarkeşin Niderland Futbol Federasiyası tərəfindən 2026-cı ilə qədər oyunlara buraxılmasına qadağa qoyulduğu da məlum olub. O, sözügedən matça dostunun bileti ilə gedib.

Qeyd edək ki, sözügedən qarşılaşmanın sonlarında meydana çıxan azarkeş "Sevilya"nın qapıçısına hücum edərək, onu yumruqla vurub.

Milli.Az


Etiketlər:  Meydana çıxıb qapıçını yumruqlayan azarkeşə 40 illik cəza


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ