Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2023 22:36
Rusiya lideri Vladimir Putinlə növbəti danışıqlarda Polşanı hansı yolla yerində oturtmağı müzakirə edəcəyəm.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərə açıqlamasında deyib.
O, Polşanın Fransadakı səfirinin Ukrayna konfliktləri bağlı dediklərini səfehlik adlandırıb:
"Və budur o ağzından qaçırtdı: Rusiyaya qarşı döyüşəcəyik. Hesab edin, birinci bizdən başlayacaqlar. Nə etməliyik biz? İlk məsələ Putinlə Polşanı necə yerinə oturmağı müzakirə etməkdən ibarət olacaq".
Lukaşenko Polşanı "Avropanın kaftarı" adlandırmaqdan da çəkinməyib.
Qeyd edək ki, Polşanın Fransadakı səfiri Yan Emerik Roşişevski Ukraynanın döyüş meydanında müstəqilliyini müdafiə edə bilməyəcəyi təqdirdə ölkəsinin Rusiya ilə birbaşa münaqişəyə daxil olacağını söyləmişdi.