Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2023 11:05
Rusiya vətəndaşlığı olan Hollivud aktyoru Stiven Siqal ölkədə içki satışı ilə məşğul olacaq "Five Elements" şirkətini qeydiyyatdan keçirib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Rusiya Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrinin (USRLE) məlumat bazasına əsasən, təşkilat bu həftə - martın 22-də qeydiyyatdan keçib.
Sənədlərdə "Five Elements"in əsas fəaliyyəti "Holdinq şirkətlərinin fəaliyyəti" kimi göstərilib. Əlavə fəaliyətlər arasında sərinləşdirici içkilərin istehsalı, şirələrin və mineral suların topdan satışı, suyun toplanması və təmizlənməsi də var.
Şirkətin hüquqi ünvanı Moskvanın Matrosskaya Tişina küçəsində, məşhur istintaq təcridxanasından cəmi 150 metr aralıda yerləşən binadır.
Təşkilatın həmtəsisçisi aktyorun 33 yaşlı oğlu Dominik San Rokkodur.