Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2023 22:30
Xankəndindəki separatçılar Azərbaycan Ordusunun Şuşa-Turşsu istiqamətində irəlilədiyini təsdiq edir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı qeyd edib.
"Erməni deputat, hərbi ekspert Tiqran Abramyan deyir ki, Azərbaycan Ordusunun irəliləməsi nəticəsində Qarabağ üçün (separatçıları nəzərdə tutur - red.) strateji əhəmiyyət daşıyan yol nəzarətə götürülüb: "Azərbaycanlılar əvvəlki mövqelərinə qayıtmasa, Qarabağda (separatçılar üçün) vəziyyət hər cəhətdən pisləşəcək".
Separatçıların vəziyyətinin daha da pisləşməsi Qarabağdakı erməni əhalisi arasında Bakıya tabe olmaqdan başqa alternativin olmadığı rəyini gücləndirəcək amildir", - o bildirib.
Asif Nərimanlının sözlərinə görə, bu gün atılan addımlar Qarabağda artıq müdaxilə dövrünün başladığı deməkdir:
"Birincisi, ermənilərin silah-sursat daşıdığı torpaq yolları Azərbaycan Ordusu tərəfindən nəzarətə götürülüb: söhbət Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan və ermənilərin tikinti apardığı Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolundan gedir;
İkincisi, bu, Azərbaycan Ordusunun birbaşa Laçın yolunda praktiki addımlar atmasıdır: bununla rəsmi Bakı Laçın yolunun öz suveren ərazisi olduğunu və yoldan qeyri-qanuni məqsədlər üçün istifadəyə imkan verilməyəcəyini əyani şəkildə nümayiş etdirdi;
Üçüncüsü, artıq xəbərdarlıqlar dövrü başa çatdı: bundan sonra qanunsuz fəaliyyətlərin qarşısı birbaşa müdaxilə ilə alınacaq.
Separatçıların səngər qazmaq cəhdinin qarşısı da alınıb".