Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2019 16:03
Bakı. Trend:
"AccessBank"ın İdarə Heyətinin sədri Anar Həsənov Alman-Azərbaycan Xarici Ticarət Palatasının ("AHK Azərbaycan") rəhbərliyinə seçilib.
"AHK Azərbaycan"ın İdarə Heyətinin (İH) 14 oktyabr 2019-cu il tarixli qərarına əsasən cənab Həsənov İH üzvü vəsifəsinə təyinat alıb. O, bu vəzifədə "Bakcell" MMC-nin keçmiş baş icraçı direktoru Nikolai Beckers-i əvəz edib.
Anar Həsənov "AHK Azərbaycan" rəhbərliyinə və bütün üzvlərinə göstərilən etimada görə təşəkkür edib: "Sirr deyil ki, "AHK Azərbaycan" ölkə iqtisadiyyatının inkişafına töhfə verən şirkətlərdən ibarət unikal bir platformadır. Palata dövlət - özəl sektor dialoqunun daha da inkişaf etdirilməsi istiqamətində mühüm işlər görür. Sözsüz ki, mənə göstərilən etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Azərbaycanda sahibkarlar üçün yaradılan əlverişli biznes mühitini Avropadan, o cümlədən Almaniyadan olan potensial investorlara çatdırmaq üçün çalışacam. Nəzərə alsaq ki, "AHK Azərbaycan" rəhbərliyi və üzvləri kifayət şəffaf və dialoqa açıq tərəfdaşlardan ibarətdir, biz qarşıya qoyulan hədəflərə asanlıqla çata biləcəyik".
Qeyd edək ki, Anar Həsənov mikro, kiçik və orta sahibkarlığın, korporativ və pərakəndə biznesin inkişafı üzrə 17 illik iş təcrübəsinə malikdir. Təcrübəli bankir 2018-ci ilin iyun ayından "AccessBank"ın İdarə Heyətinin sədri və baş meneceri vəzifəsində çalışır. Onu da qeyd edək ki, Həsənov təsis olunduğu gündən etibarən "AccessBank"ın inkişafına öz töhfəsini verib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin