Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bura Ukraynanın qalasıdır, ruslar 9 ildir ala bilmir

Bura Ukraynanın qalasıdır, ruslar 9 ildir ala bilmir

Tarix: 28 Mart 2023 10:46

Rusiya qoşunları Donetsk vilayətinin Avdeyevka yaxınlığında hücumlarını artırıb.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko bildirib.

Hərbi ekspert hesab edir ki, ruslar Baxmutda uğur əldə olunmaması fonunda Avdeyevka istiqamətində müəyyən perspektiv görüblər.

Ekspertin fikrincə, Avdeyevka şəhəri rus qoşunları üçün böyük problemdir.

"Ruslar orada növbəti qələbəni nümayiş etdirməyə çalışacaqlar, lakin belə hərəkətlər məntiqli deyil, çünki Avdeyevka 2014-cü ildən Ukrayna Silahlı Qüvvələrinin qalasıdır. Orada müxtəlif intensivliklə də olsa, döyüşlər 9 il davam edir".


Etiketlər:  Bura Ukraynanın qalasıdır ruslar ildir bilmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ