Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident: Biz Laçın və Kəlbəcərin su ehtiyatları hesabına böyük enerji mənbəyi yaradacağıq

Prezident: Biz Laçın və Kəlbəcərin su ehtiyatları hesabına böyük enerji mənbəyi yaradacağıq

Tarix: 28 Mart 2023 14:30

Biz Laçın və Kəlbəcər rayonlarının su ehtiyatlarından istifadə edərək böyük bir enerji mənbəyi yaradacağıq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən söyləyib.

"İndi Laçın, Kəlbəcər, Zəngilan və bir neçə digər rayonda Su Elektrik stansiyalarının tikintisi sürətlə gedir, biz 50 meqavatdan çox enerji alırıq. Bütövlükdə isə qarşıya məqsəd qoyulmuşdur ki, azad edilmiş ərazilərdə bu ilin sonuna qədər su elektrik stansiyalarının gücü 200 meqavat olsun, gələcəkdə isə 500 meqavata çatmalıdır. Laçın və Kəlbəcər rayonlarında böyük külək enerji potensialı var", - deyə dövlətimizin başçısı əlavə edib.

Milli.Az


Etiketlər:  Prezident Laçın Kəlbəcərin ehtiyatları hesabına böyük enerji mənbəyi yaradacağıq


RƏYLƏR