Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“WhatsApp” "Windows"da tamamilə dəyişdi

“WhatsApp”

Tarix: 29 Mart 2023 04:44

"WhatsApp" mesenceri "Windows" istifadəçiləri üçün yeni proqram təqdim edib.

Belə ki, artıq "WhatsApp" "Zoom"la rəqabət apara biləcək, çünki bir audiozəngdə 32 nəfərə qədər, videoçatda isə 8 nəfərə qədər insan iştirak edə bilər.

"Windows" üçün yeni proqramı onu daha çox "WhatsApp"ın mobil analoquna bənzədib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yeni versiya çoxlu cihaz sinxronizasiyasını da dəstəkləyir. Bu, o deməkdir ki, hətta telefonunuz olmadan da "Windows"da "WhatsApp"dan istifadə etməyə davam edə bilərsiniz.

Yeni proqramda linklərin ön izləmələri və stikerlər kimi xüsusiyyətlər də mövcuddur.

Ekspertlərin fikrincə, əlavə edilən funksiyalar onu əslində tamamilə yeni bir tətbiqə çevirib.

"WhatsApp" qurucularından verilən məlumata görə, zaman keçdikcə videozənglərdə 8, audiozənglərdə isə 32 nəfərlik məhdudiyyət də aradan götürüləcək.

Milli.Az


Etiketlər:  WhatsApp Windowsda tamamilə dəyişdi


RƏYLƏR