Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2023 12:00
Fransada pensiya islahatına qarşı keçirilən nümayişlərdə polislə etirazçılar arasında toqquşma baş verib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hökumətin parlamentdə səs vermədən birbaşa qəbul etdiyi mübahisəli pensiya islahatına qarşı ölkədə 200 ünvanda nümayişlər keçirilib.
Ölkə daxilində enerji, nəqliyyat və təhsil kimi müxtəlif sektorların işçiləri həmkarlar ittifaqlarının çağırışı ilə kütləvi tətilə çıxıblar.
Paris, Renn və Tuluza şəhərlərində polislə nümayişçilər arasında qarşıdurma baş verib.
Paytaxt Parisdə Respublika meydanından Millət meydanına gedən nümayişçilər velosipedləri, skuterləri və zibil qutularını yandırıblar. Polis nümayişçilərə gözyaşardıcı qaz və dəyənəklərlə müdaxilə edib.
Nümayişlərdə 201 nəfər saxlanılıb.
Fransanın daxili işlər naziri Gerald Darmanin ölkə daxilində pensiya islahatına qarşı keçirilən 10-cu kütləvi nümayişlə bağlı açıqlama verib, etirazlarda yaralanan 175 təhlükəsizlik qüvvələri ilə həmrəy olduğunu bildirib.