Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2023 12:15
"Sənsiz keçən 57 bomboş gün! Toyumuzdan 21 gün keçmişdi. Dedi ki, sən məndən kiçiksən, amma mənim böyüyümsən. Bəlkə, sənin ağaran saçlarını görmədim. Amma sən mənimkini görəcəksən. Cavab verdim ki, sənin ağaran saçlarına sevə-sevə sığal çəkəcəyəm".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial şəbəkə hesabında yazıb.
"5 ay bundan öncə başını dizlərimə qoymuşdu və başına sığal çəkirdim. Müalicədən saçları tökülmüşdü, amma çox az bir miqdarda çıxmışdı. Birdən mənə dediyi söz yadıma düşdü. Dedim ki, ömrüm, mənim sənə sözüm var idi ki, ağaran saçlarına sığal çəkəcəyəm, yadındadır? O böyük ürəkli xanım uşaq kimi ağladı.
Hər dəfə söz verirəm ki, daha sondur, paylaşım etməyəcəm. Amma bunları yazmasam, vallah dəli olaram. Tək qaldım mən, sənsiz yetim qaldım. Heç yaxşı deyiləm. İnşallah, tezliklə öncə rəbbimə, sonra isə sənə qovuşacağım günü gözləyirəm. O vaxta kimi isə hələ var, bilirəm. Çünki hələ sənin məndə əmanət olan Zəhramı böyütməliyəm" deyə, Röyal yazıb.
Qeyd edək ki, T.Əliyeva uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib.