Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi "Barselona"ya qayıtmaq istədiyini Xaviyə deyib

Messi

Tarix: 31 Mart 2023 22:40

Argentina millisinin və Fransanın PSJ klubunun futbolçusu Lionel Messi İspaniya "Barselona"sına qayıtmaq istəyir.

Milli.Az "report"a istinadən bildirir ki, 36 yaşlı hücumçu bu arzusunu Kataloniya təmsilçisinin baş məşqçisi Xavi Ernandesə çatdırıb.

O, ən qısa müddətdə yenidən keçmiş komandasının formasını geyinməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Lionel Messi 2003-2021-ci illərdə "Barselona"da çıxış edib. Onun PSJ ilə cari mövsümün sonunadək müqaviləsi var.

Milli.Az


Etiketlər:  Messi Barselonaya qayıtmaq istədiyini Xaviyə deyib


RƏYLƏR