Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Azərsu”nun kanalizasiya çəkilişləri “serial çəkilişləri”nə bənzəyir - VİDEO

“Azərsu”nun kanalizasiya çəkilişləri “serial çəkilişləri”nə bənzəyir - VİDEO

Tarix: 1 Aprel 2023 12:02

Abşeron rayonunun Masazir qəsəbəsində kanalizasiya şəbəkəsinin çəkilməsi işlərin aparıldığı yolda hərəkəti çətinləşdirib.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, sürücülər 4 dəqiqəlik yolu, yarım saata belə gedə bilmir. Belə ki, Masazır dairəsindən qəsəbənin içərisinə doğru yeni kanalizasiya şəbəkəsi çəkilir.

Sürücülərin sözlərinə görə dairədə aparılan qazıntı işləri və iri texnikanın yolun hərəkət hissəsinin yaxınlığında saxlanılması günün istənilən saatında tıxac yaradır.

İndi sürücülər ''Azərsu'' ASC tərəfindən aparılan işlərin tezliklə yekunlaşmasını gözləyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Azərsunun kanalizasiya çəkilişləri serial çəkilişlərinə bənzəyir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ