Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada işləyən azərbaycanlı aktyorun ad günündə qəfil ölümü - Detallar

Rusiyada işləyən azərbaycanlı aktyorun ad günündə qəfil ölümü - Detallar

Tarix: 1 Aprel 2023 14:05

Rusiyanın Tver vilayətində çalşan Oğuzun Padar kənd sakini ad günündə qidadan zəhərlənərək ölüb.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, hadisə iki gün əvvəl baş verib.

Belə ki, Tver vilayətindəki restoranlardan birində 23 yaşlı Peyman Xəlilov dostları ilə ad gününü qeyd edib. Bu zaman onlar yedikləri qidalardan zəhərləniblər.

Məlumata görə, məclisdə dörd nəfər olub. Peyman və dostları xəstəxanaya çatdırılsa da, həkimlər iki nəfərin həyatını xilas edə bilməyib.

Peymanla yanaşı, bir dostu da bütün müdaxilələrə rəğmən həyatını itirib. Digər iki nəfərin vəziyyəti isə ağır olaraq qalır.

Sakinlər onu da bildirib ki, 23 yaşlı gəncin nəşi yaxın günlərdə Padar kəndinə gətirilərək dəfn olunacaq.

Milli.Az


Etiketlər:  Rusiyada işləyən azərbaycanlı aktyorun ad günündə qəfil ölümü Detallar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ