Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gün ərzində tox saxlayan 4 əsas qida - Bilirdiniz ki...

Gün ərzində tox saxlayan 4 əsas qida - Bilirdiniz ki...

Tarix: 1 Aprel 2023 20:51

Gün ərzində həddindən artıq kalori qəbulunun qarşısını almaq üçün tox saxlayan qidaları istehlak etməlisiniz.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, iştahı kəsən və aclığın qarşısını alan bu qidalar sayəsində arıqlama prosesiniz asanlaşa bilər. 

Yulaf

Yulaf liflə zəngin qidalar arasındadır. Həzm sistemini tənzimləyir və qəbizlik problemini aradan qaldırır. Bədəndə şişkinliyin qarşısını alır.

Antioksidant xüsusiyyətləri sayəsində sinir sisteminin sağlam işləməsini dəstəkləyir, stress, əsəbilik, narahatlığın qarşısını alır. 

Avokado

Avokado güclü doymamış yağ və kalium mənbəyidir. Doyurucu xüsusiyyəti ilə artıq kalori qəbulunu məhdudlaşdırır.

Avokadonu yumurta ilə istehlak edə və ya salatlarınıza əlavə edə bilərsiniz.

Yumurta

Hər gün səhər yeməyində 1 ədəd qaynadılmış yumurta yemək gün ərzində tox qalmağınıza kömək edir. Yumurta güclü protein mənbəyidir və yüksək qida dəyərinə malikdir.

Yumurtanın doyurucu xüsusiyyətindən yararlanmaq və arıqlamaq istəyirsinizsə, hər gün mütləq istehlak etməlisiniz.

Süd məhsulları

Kalsium mənbəyi kimi tanınan süd və süd məhsulları D vitamini ilə zəngin olduğu üçün orqanizmin bütün ehtiyaclarını ödəyir.

Pəhriz saxlayarkən qatıq, kefir, süd kimi məhsulların müntəzəm istifadəsi uzun müddət toxluq hissini təmin edir.


Etiketlər:  Gün ərzində saxlayan əsas qida Bilirdiniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ