Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2023 21:28
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti və Maliyyə Nazirliyinə qarşı on il müddətinə sanksiya tətbiq edilməsi haqqında fərman imzalayıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, müvafiq fərman Ukrayna Prezidentinin ofisinin saytında dərc olunub.
Sənədə əsasən, Rusiya Federasiyası Prezidentinin Xüsusi Proqramlar üzrə Baş İdarəsinə, Federal Maliyyə Monitorinqi Xidmətinə, RF Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Texnologiyalar üzrə Baş Mərkəzinə və Baş Hesablama Mərkəzinə də sanksiyalar tətbiq edilib.
Həmçinin bir sıra hüquqi şəxslər də sanksiyalara məruz qalıb.
Ümumilkdə 14 məhdudlaşdırıcı tədbir həyata keçirilib.