Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Məbləğin Türkiyəyə göndərilməsində gecikmənin səbəbi...'' - ''Qarabağ''dan AÇIQLAMA

''Məbləğin Türkiyəyə göndərilməsində gecikmənin səbəbi...'' - ''Qarabağ''dan AÇIQLAMA

Tarix: 1 Aprel 2023 22:26

"Qarabağ" klubunun martın 26-da Bakıda "Qalatasaray"la keçirdiyi xeyriyyə matçından yığılan vəsaiti Türkiyəyə göndərə bilməməsi barədə xəbər dərc etmişdik.

Məlumatda toplanan məbləğin vergi məsələlərinə görə qardaş ölkəyə göndərilməsinin yubandığı qeyd olunmuşdu.

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Ağdam təmsilçisinin mətbuat katibi Gündüz Abbaszadə ilə əlaqə saxladıq. Klub sözçüsü Offsideplus.az-a açıqlamasında bunun vergi məsələləri ilə bağlı olmadığını bildirib. Abbaszadə, gecikməyə səbəb olaraq ödəmələrin tam olaraq "Qarabağ"ın büdcəsinə köçürülmədiyini göstərib:

"Xeyriyyə matçında toplanan vəsaitin vergi məsələlərinə görə yubanması barədə yayılan xəbər həqiqəti əks etdirmir. Əksinə, Dövlət Vergi Xidməti bununla bağlı bizə istənilən dəstəyi göstərir. Fürsətdən istifadə edib, quruma təşəkkürümüzü də bildiririk. Məbləğin Türkiyəyə göndərilməsində yaranan gecikmənin səbəbi isə ödəmələrin tam olaraq "Qarabağ"ın büdcəsinə köçürülməməsi ilə bağlıdır. Əvvəlcədən də qeyd etmişdik ki, bu oyunda təkcə bilet satışından yox, meydançanın kənarındakı banner reklamlardan, eləcə də, teleyayımdan əldə olunan gəlirlər də ianə olunacaq. Hətta CBC Sport rəhbərliyi oyun ərzində yayımlanan reklamlardan gələcək gəlirlərin də qardaş ölkəyə bağışlanacağını bildirmişdi. Bildiyiniz kimi, oyunun keçirildiyi ərəfədə Novruz bayramına görə qeyri-iş günləri idi. Buna görə də, bəzi ödəmələr "Qarabağ"ın hesabına tam köçürülməyib. Gələn həftənin ilk günlərində artıq bu problem öz həllini tapacaq və biz ümumi məbləği Türkiyəyə göndərəcəyik. Söz verdiyimiz kimi, toplanan vəsaiti şəffaf şəkildə ictimaiyyətə açıqlayacağıq".

Qeyd edək ki, bu barədə məlumatı "pressing.az" saytı yayıb.

Milli.Az


Etiketlər:  Məbləğin Türkiyəyə göndərilməsində gecikmənin səbəbi Qarabağdan AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ