Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2023 22:42
Belarusdakı taktiki nüvə silahları İttifaq dövlətinin (Rusiya və Belarus) qərb sərhədlərinə daha yaxın yerləşdiriləcək.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın Minskdəki səfiri Boris Qrızlov deyib.
Diplomat xatırladıb ki, iyulun 1-dək ölkədə bu tip silahlar üçün anbar hazırlanacaq.
"O (nüvə silahı - red.) bizim birlik dövlətimizin qərb sərhədlərinə köçürüləcək və təhlükəsizliyimizi təmin etmək imkanlarını artıracaq", - Qrızlov vurğulayıb.