Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2023 07:09
Amerikalı alimlər xroniki yaraların sağalmasına kömək edən birdəfəlik "ağıllı sarğı" hazırlayıblar.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, tədqiqatçıların yaratdığı "ağıllı sarğı" yaralara dərman yeridir.
Cihaz iki hissədən ibarətdir: təkrar istifadə edilə bilən çevik pcb və birdəfəlik istifadə olunan örtük. Birdəfəlik istifadə olunan sarğıda biosensorlar, elektrodlar və dərmanlı hidrogellər var.
Qeyd edək ki, bu cihazdan yanıqları, diabetik xoraları və sağalmayan cərrahi yaraları olanlar faydalana bilərlər.