Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şakira oğullarını da götürüb getdi

Şakira oğullarını da götürüb getdi

Tarix: 3 Aprel 2023 21:02

Məşhur müğənni Şakira övladları ilə birgə Barselonanı tərk edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında yazıb. O, Barselona ilə bağlı xatirələrinə görə təşşəkkürünü bildirib və oradan köçdüyünü yazıb.

Bundan başqa, ölkə mediası da Şakiranın oğulları ilə birgə Barselona hava limanında görüntüləndiyi barədə məlumat yayıb.

Qeyd edək ki, Şakira xəyanətə uğradıqdan sonra eks-sevgilisi, "Barselona"nın keçmiş müdafiəçisi Jerar Pikedən ayrılıb. İkili 11 il münasibətdə olub. Onların iki oğul övladı var - 9 yaşlı Milan və 7 yaşlı Saşa.

Hazırda Pikenin sevgilisi Klara Çianın hamilə olduğu deyilir.

Milli.Az


Etiketlər:  Şakira oğullarını da götürüb getdi


RƏYLƏR