Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2023 15:44
"Bəhanə axtarmaq istəmirəm. Baş məşqçi hansı mövqedə yer verirsə, deməli, orada oynaya bilərəm".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu "Konyaspor"un azərbaycanlı hücumçusu Mahir Emreli deyib.
Türkiyə mətbuatına danışan Azərbaycan millisinin forvardı tezliklə qollar və assistlər etmək arzusunda olduğunu söyləyib: "Baş məşqçi hansı mövqeni məsləhət görsə, orada da oynayaram. Təbii ki, o, bunu mənimlə danışır, əsl mövqeyimin hücumçu olduğunu bilir. Assist etməyi və qol vurmağı səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, qarşıdakı oyunda bunu bacararam".