Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vilayət Hacıyev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

Vilayət Hacıyev

Tarix: 4 Aprel 2023 23:24

Görkəmli tərcüməçi, filoloq Vilayət Hacıyev sabah "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Milli.Az bildirir ki, bu barədə APA-ya mərhumun qızı məlumat verib.

Onun sözlərinə görə, əvvəlcə vida mərasimi keçiriləcək: "Səhər 9-10 arası Heydər Məscidində vida mərasimi olacaq. Daha sonra isə "Qurd qapısı"na aparılıb orada dəfn olunacaq".

Xatırladaq ki, Vilayət Hacıyev uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.

Görkəmli tərcüməçi Erix Mariya Remarkın "Zəfər tağı", Herman Hessenin "Yalquzaq", Haynrix Böllün "Bir təlxəyin düşüncələri", "Kişisiz ev", Frans Kafkanın "Məhkəmə" və bir sıra bu kimi dünyaca məşhur əsərləri orijinaldan dilimizə tərcümə edib.

Milli.Az


Etiketlər:  Vilayət Hacıyev Qurd qapısı qəbiristanlığında dəfn olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ