Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Ukraynanın bərpası üçün yüz milyardlarla dollar lazımdır” - Dünya Bankının prezidenti

“Ukraynanın bərpası üçün yüz milyardlarla dollar lazımdır” - Dünya Bankının prezidenti

Tarix: 5 Aprel 2023 09:24

Dünya Bankının (DB) hesablamalarına görə, Ukraynanın yenidən qurulması üçün yüz milyardlarla dollara ehtiyac olacaq.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu DB-nin prezidenti Devid Malpas Vaşinqtonda Atlantik Şurada çıxışı zamanı deyib.

"Söhbət yalnız bərpa etmək, hər şeyi əvvəlki vəziyyətinə qaytarmaq üçün lazım olan yüz milyardlarla dollardan gedir. Yalnız bundan sonra gələcək haqqında düşünmək mümkün olacaq", - Malpas deyib.

Onun sözlərinə görə, ötən il fevral ayının sonundan etibarən Dünya Bankı Ukraynaya qeyri-hərbi yardım üçün 21 milyard dollar göndərib.

Bank rəhbəri həmçinin qeyd edib ki, ölkənin gələcək Avropa İttifaqına üzvlüyü üçün onunla "bazarlar və logistika baxımından" əlaqələrin qurulması çox vacib olacaq.

Milli.Az


Etiketlər:  Ukraynanın bərpası üçün yüz milyardlarla dollar lazımdır Dünya Bankının prezidenti


RƏYLƏR