Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2023 09:44
Vüsalə Səid Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindəki (RİNN) vəzifəsindən ayrılıb.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat verib.
"5 aprel 2023-cü ildən etibarən öz istəyimlə tutduğum vəzifədən (nazirliyin rəqəmsallaşma sahəsində "AzInTelekom"MMC, " Elektron Təhlükəsizlik Xidməti, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ictimaiyyətlə əlaqələr üzrə meneceri ) ayrılıram. Bu 1 il ərzində sizin dəstəyinizlə mənə göstərilən etimadı doğrultmağa çalışmışam",- o qeyd edib.
Qeyd edək ki, V.Səid bir il əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində ictimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsinə təyinat almışdı.