Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bu gün biz gələcək qarşılıqlı fəaliyyətimizin konkret məsələlərini müzakirə etdik"

Tarix: 5 Aprel 2023 20:00

Tacikistan Prezidenti danışıqların bütün mövzularını işıqlandırdı. Hesab edirəm ki, bu gün biz çox səmərəli danışıqlar apardıq, həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşlərdə gələcək qarşılıqlı fəaliyyətimizin konkret məsələlərini müzakirə etdik.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə birgə mətbuata bəyanatında bildirib.

Dövlətimizin başçısı deyib: "Emoməli Şərifoviçin qeyd etdiyi bütün istiqamətlər üzrə necə irəliləmək barədə dəqiq təsəvvürümüz var. Nəqliyyat-logistika sahəsində, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilib".

Milli.Az


Etiketlər:  Bu gün biz gələcək qarşılıqlı fəaliyyətimizin konkret məsələlərini müzakirə etdik


RƏYLƏR