Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyanın NATO-ya zərbə endirməsi üçün... - Danilov

Rusiyanın NATO-ya zərbə endirməsi üçün... - Danilov

Tarix: 6 Aprel 2023 18:38

NATO Putinin nüvə təhdidlərinə və Belarus ərazisində nüvə silahının yerləşdirilməsinə etinasız yanaşmamalıdır.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının sədri Aleksey Danilov deyib.

"Mən tam əminəm ki, Putin indi Belarusda nüvə silahı yerləşdirməklə dünyanı şantaj edir. Unutmaq olmaz ki, 2014-cü ildə Rusiya 298 nəfərin olduğu MH-17 sərnişin təyyarəsini vurub. Təyyarədə alyansa üzv ölkələrin vətəndaşları var idi, lakin NATO buna göz yumdu. Vəziyyət təkrarlana bilər. NATO ölkələrinin ərazisinə zərbə endirmək üçün Belarus ərazisində nüvə silahının olması çox da vacib deyil. Çünki bu gün Rusiyanın ərazisindən istənilən NATO ölkəsinə nüvə başlığı olan raketlə hücum etmək mümkündür. Bu, Putinin müəyyən hadisələrdən əvvəl istifadə etdiyi nüvə əzələlərinin oyunudur".


Etiketlər:  Rusiyanın NATO zərbə endirməsi üçün Danilov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ