Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənilərin “sürü hücumu"na qarşı sistem… - Türk general

Ermənilərin “sürü hücumu

Tarix: 7 Aprel 2023 20:36

Kamikadze dronları müxtəlif sursatların, partlayıcı maddələrin və s. qoşulması yolu ilə dərinlikdəki hədəfləri, müxtəlif təsisatları, komanda mərkəzlərini vurmaq üçün istifadə edilir. Bu dronları da müəyyən mənada silahlı PUA hesab etmək olar.

Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a Ermənistan ordusunun mini dronlarla keçirdiyi təlimlər haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

"Əlbəttə ki, bütün ortaya çıxan yeni silah və silah sistemlərinə, eyni zamanda sözügedən dronlara qarşı da tədbirlər mövcuddur. Kamikadze dronlarının aşağı yüksəklikdə və zəif sürətlə uçmaqla birlikdə, HHM sistemlərinə yaxalanmama kimi xüsusiyyətləri var. Ancaq bunların aşağı yüksəklikdə uçması və faydalı yük daşımaq gücünün az olması zəif cəhətidir. Hazırda döyüş meydanında belə dronlara qarşı yeni taktika və sistemlər üzərində işlər aparılır. Kamikadze dronlar hava-hava raketləri ilə vurula bilər. Bunu qırıcı təyyarələr və silahlı PUA-lar vasitəsilə etmək mümkündür. "Baykar" şirkəti də indi ROKETSAN ilə birlikdə kamikadze dronlarının vurulması texnologiyası üzərində işləyir. Eyni zamanda lazerli PUA və digər lazer sistemləri ilə bunların yerə salınması fəaliyyəti də var. Başqa bir metod isə kamikadze dronlarının tezliklərinin qarışdırılması və dəyişdirilməsi, onların fərqli bir hədəfə istiqamətləndirilməsidir. Azərbaycan dövlətinin də əlində bu dronları zərərsizləşdirəcək, məhv edəcək kifayət qədər təsirli sistemlər mövcuddur", - general bildirib.

Onun sözlərinə görə, Ermənistanın təlim zamanı çəkdiyi video psixoloji hərbin bir elementidir və təbliğatdan başqa bir şey deyil:

"Azərbaycanın HHM qüvvələri və sistemləri çox güclüdür və həm Ermənistan, həm də İrandan kamikadze dronları, PUA-ların sürü halında hücumları olacağı təqdirdə mübarizə aparmaq üçün bütün imkanları var".

Xatırladaq ki, 4 apreldə sosial şəbəkələrdə Ermənistan ordusunun mini dronlardan sursatların atılması təliminin görüntüləri yayılıb. Bu taktikadan hazırda Rusiya-Ukrayna müharibəsində geniş şəkildə istifadə edilir.

Milli.Az


Etiketlər:  Ermənilərin sürü hücumuna qarşı sistem Türk general


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ