Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2023 11:30
Məhəllələrdə yerləşən bulaqlara suyun verilişi dayandırılıb.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, necə deyərlər bir zamanlar həm təbiətin, həm də insanların suya olan təlabatını qarşılayan bulaqlar indi özləri suya möhtac qalıblar.
Nizami rayonu Bəhruz Nuriyev küçəsinin sakinləri deyir ki, ərazidəki bir neçə bulağa 10 ildən artıqdır su verilmir. Nəticədə yaşıllıqlar qurumaq təhlükəsi ilə üz-üzə qalıb.
Xətai rayonu Rahib Məmmədov küçəsində də oxşar vəziyyət hökm sürür.
Məsələ ilə bağlı bakı Şəhər İcra Hakimiyyətindən bildirildi ki, məhəllədaxili bulaqlar vaxtilə fərdi şəxslər tərəfindən inşa edilib. Yəni həmin bulaqlar konkret bir qurumun tabeliyində olmadığı üçün təmiri və yenilənməsi mümkün görünmür.
"Xəbər Ertəsi"nin əməkdaşları həmin bulaqlara suyun verilişinin hansı səbəbdən dayandırılmasına "Azərsu" ASC-dən münasibət öyrənib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.