Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

KOBİA daha bir biznes layihəsinin reallaşdırılmasına dəstək göstərib (FOTO)

KOBİA daha bir biznes layihəsinin reallaşdırılmasına dəstək göstərib (FOTO)

Tarix: 19 Oktyabr 2019 17:48

Bakı. Trend:

Oktyabrın 18-də Bakıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Churros” ictimai-iaşə obyekti fəaliyyətə başlayıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, “Fəvvarələr meydanı”nda yerləşən “Churros”da İspaniya şirniyyatı olan “churros”un hazırlanması və satışı həyata keçirilir.

Eyni zamanda burada müxtəlif çeşiddə çaylar, kofe növləri, kokteyllər və digər sərinləşdirici içkilər hazırlanaraq satılır. Hazırda “Churros”da 5 nəfər işlə təmin edilib.

KOBİA tərəfindən “Churros” ictimai-iaşə obyetinin yaradılmasına konsaltinq və hüquqi məsləhət xidmətləri, aidiyyəti dövlət qurumları ilə əlaqələndirmə və s. kimi istiqamətlərdə dəstək göstərilib.

“Churros” şəbəkəsinin genişləndirilməsi və Bakının digər ərazilərində də yaradılması nəzərdə tutulur.

KOBİA mikro və kiçik sahibkarların ölkə iqtisadiyyatında rolunun və məşğulluqda payının artırılması üçün bir sıra biznes təşəbbüslərinin və layihələrin reallaşdırılmasına dəstək göstərib. Agentlik dövlət dəstəyi mexanizmləri və öz xidmətləri hesabına startapların və sahibkarların biznes təşəbbüslərinin və layihələrinin reallaşdırılmasına dəstəyini davam etdirəcək.

KOBİA daha bir biznes layihəsinin reallaşdırılmasına dəstək göstərib (FOTO) KOBİA daha bir biznes layihəsinin reallaşdırılmasına dəstək göstərib (FOTO) KOBİA daha bir biznes layihəsinin reallaşdırılmasına dəstək göstərib (FOTO) KOBİA daha bir biznes layihəsinin reallaşdırılmasına dəstək göstərib (FOTO) KOBİA daha bir biznes layihəsinin reallaşdırılmasına dəstək göstərib (FOTO) KOBİA daha bir biznes layihəsinin reallaşdırılmasına dəstək göstərib (FOTO) KOBİA daha bir biznes layihəsinin reallaşdırılmasına dəstək göstərib (FOTO) KOBİA daha bir biznes layihəsinin reallaşdırılmasına dəstək göstərib (FOTO) KOBİA daha bir biznes layihəsinin reallaşdırılmasına dəstək göstərib (FOTO) KOBİA daha bir biznes layihəsinin reallaşdırılmasına dəstək göstərib (FOTO)


Etiketlər:  KOBİA daha bir biznes layihəsinin reallaşdırılmasına dəstək göstərib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ