Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Təmkin Xəlilzadənin davranışını araşdıracağıq" - "Sabah"ın məşqçisi

Tarix: 19 Oktyabr 2019 22:00

"Sabah"ın məşqçisi Rövşən Babayev Azərbaycan Premyer Liqasının 8-ci turunda "Keşlə" ilə bərabərə qaldıqları oyunu (1:1) şərh edib.

Qol.az-ın məlumatına görə, o, matçla bağlı söyləyib: "Azarkeşlərimizə və futbolçularımıza təşəkkür edirəm. Çalışdıq ki, baxımlı oyun nümayiş etdirə. Komandada heç bir problem yoxdur. Hamımız bir qədər də artıq çalışmalıyıq".

R.Babayev oyun başa çatandan sonra  "Sabah"ın futbolçusu Təmkin Xəlilzadənin referi Kamal Umudlunu vurmaq istəməsinə də münasibət bildirib: "Bu hadisəni araşdıracağıq, bundan sonra qərar verəcəyik. Şəxsi münasibətim isə mənfidir".

 


Etiketlər:  Təmkin Xəlilzadənin davranışını araşdıracağıq Sabahın məşqçisi


RƏYLƏR