Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qənira Paşayeva deputatlara çağırış etdi: “Bu ay maaşımızı...”

Qənira Paşayeva deputatlara çağırış etdi: “Bu ay maaşımızı...”

Tarix: 11 Aprel 2023 11:48

"YAŞAT Fondunda vəsait çatışmır".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Qənirə Paşayeva deputat həmkarlarını YAŞAT Fonduna vəsait köçürməyə çağırıb: "Bu ay əməkhaqqımızın bir hissəsini YAŞAT Fonduna ödəyərək ictimaiyyətə, iş adamlarına müraciət edək ki, onlar da Fondu dəstək versinlər. İnanıram ki, deputat həmkarlarımız əməkhaqqının bir hissəsini YAŞAT Fonduna bağışlayaraq nümunə göstərəcək".

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə YAŞAT Fonduna davamlı dəstək verildiyini bildirib: "Belə problem yaranıbsa, YAŞAT Fondu ilə əlaqə saxlayarıq".

Milli.Az


Etiketlər:  Qənira Paşayeva deputatlara çağırış etdi maaşımızı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ