Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin bu şəhərini sel basdı - VİDEO

Türkiyənin bu şəhərini sel basdı - VİDEO

Tarix: 12 Aprel 2023 14:10

Türkiyənin Şanlıurfa şəhərinə leysan yağışları yağıb.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, yaranan sel səbəbilə bəzi küçə və qəbiristanlıqlar su ilə dolub. Halfeti, Bozova, Ceylanpınar və Suruç rayonlarında yağan güclü yağış səbəbindən nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb, bəzi evləri və iş yerlərini su basıb.

Bəzi kəndlərdə əkin sahələrinin də su altında qalaraq zədələndiyi bildirilir. Şanlıurfa şəhər mərkəzində isə yağış elə bir fəsada səbəb olmayıb.

Qeyd edək ki, martın 15-də güclü yağışlar nəticəsində yaranan sel Şanlıurfada 17 nəfərin həyatını son qoyub.


Etiketlər:  Türkiyənin şəhərini basdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ