Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrqçiliyə görə meydanı tərk etdilər

İrqçiliyə görə meydanı tərk etdilər

Tarix: 20 Oktyabr 2019 11:48

İngiltərə kubokunda 4-cü seçmə mərhələnin "Haringi Boro" - "Yovil Taun" matçı azarkeşlərin hərəkəti üzündən yarımçıq dayandırılıb.

Qol.az-ın məlumatına görə, 64-cü dəqiqədə qonaqlar 1:0 hesabı ilə öndə olduqları vaxt meydan sahiblərinin Kamerun əsilli qaradərili qapıçısı Valeri Duqlas Payetat öz ünvanına gəlmə fanatların rasist şüarlarını eşidib. Bunun cavabında Peyetatın komandası meydanı tərk edib. Nəticədə matç ləğv olunub.

Sonradan futbolçular geri qayıdaraq əl sıxıblar və azarkeşlərə minnətdarlıqlarını bildiriblər. "Haringi Boro"nun baş məşqçisi Tom Loyzu meydandan çıxmaq barədə qərarı özünün verdiyini açıqlayıb. Onun sözlərinə görə, fanatları sakitləşməyə və qaydalara əməl etməyə çağırışları bəhrəsini verməyib.

Qeyd edək ki, daha əvvəl iqrçilik təqdirində meydanı tərk edəcəklərini İngiltərə millisinin futbolçuları bildirib.

 


Etiketlər:  İrqçiliyə görə meydanı tərk etdilər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ