Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2019 12:03
Bakı. İlhamə İsabalayeva - Trend:
Prezident İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası VII Zirvə Görüşündəki çıxışından sonra Ermənistanla əməkdaşlıq etmək istəyən türkdilli dövlətlər daha dərindən düşünəcəklər.
Bunu Trend-ə politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında bir sıra vacib fikirlər səsləndirdi. Türkdilli dövlətlərlə əməkdaşlığın inkişaf etdirilməsinin Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biri olduğunu bildirən Prezident türk dünyası nın birliyinin möhkəmləndirilməsində birgə qəbul olunmuş qərərların və həyata keçirilmiş fəaliyyətin əhəmiyyətini də xüsusi vurğuladı: "Həqiqətən də bu gün Azərbaycanın da yaxından iştirakı ilə türk dövlətlərinin əməkdaşlığının yeni platforması yaradılmışdır. Bu istiqamətdə Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, Naxçıvan Sazişinin imzalanması ilkin addım oldu".
Politoloq bildirib ki, Prezident İlham Əliyev Zəngəzurun Ermənistana birləşdirilməsini türkdilli xalqlarının coğrafiyasının parçalanması kimi təqdim etdi ki, bu da olduqca ciddi bir mesaj idi. Azərbaycan Prezidenti Şuraya üzv dövlətlərinin diqqətinə bir daha çatdırmış oldu ki, Ermənistan tarixən Azərbaycan torpaqlarına iddialı olub. Bu iddialar isə türkdilli xalqların taleyində ağrılı izlər buraxıb.
E.Mirbəşiroğlu hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tarixi faktları belə prizmadan təqdim etməsi olduqca unikaldır. Bununla ermənilərin bütün türk xalqlarının düşməni olduğu diqqətə çatırılmış oldu: "Azərbaycan Prezidenti Şuranın türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafına verdiyi töhfəni xüsusi vurlayıb. Yarandığı vaxtdan bu günə qədər də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ciddi inkişaf yolu keçdiyi, türkdilli dövlətlər arasında müxtəlif vektorlu əməkdaşlığın inkişafında təsirli rol oynadığı Azərbaycan Prezidenti tərəfindən əsaslandırıldı. Prezidentin səsləndirdiyi fikirlərdən həmçinin, belə nəticə çıxarmaq olar ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası müxtəlif beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq müstəvisində türk xalqlarının dyərələrinin qorunmasında, təbliğində əhəmiyyətli rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının uğurlarını əsaslandırarkən, Zirvə görüşlərinin müxtəlif fəaliyyət sahələrini əhatə etdiyini vurğuladı. Sonuncu görüş çərçivəsində kiçik və orta sahibkarlıq məsələlərinin müzakirə olunduğunu bildirən İlham Əliyev bu sahədə Azərbaycanın ciddi uğurlarını iştirakçıların diqqətinə çatdırdı. Bununla ölkə Prezidenti əməkdaşlıq və sərmayələr üçün ölkəmizin yüksək potensialını əsaslandırmaqla, gələcək üçün unikal imkanların mövcudluğunu diqqətə çatdırdı. Hesab etmək olar ki, bu, Azərbaycanla daha yaxından əməkdaşlığı təşviq edən bir yanaşmadır və bunun yaxşı nəticələrini yaxın gələcəkdə müşahidə edəcəyik. Belə ki, ölkə Prezidenti həm də Azərbaycanın əlverişli sərmayə mühitinin dünyanın aparıcı ölkələr tərəfindən yüksək qiymətləndirildiyini ölkəmizə yönəldilmiş sərmayələrin həcmini səsləndirməklə əsaslandırdı. Bütün sahələrdə Azərbaycanın böyük uğurlarını cənab İlham Əliyev konkret şəkildə qonaqların diqqətinə çatdırdı. Azərbaycanın enerji, nəqliyyat sektorunda artıq regional gücə çevrilməsi haqqında qəanət yaradan mənzərəni aydın şəkildə canlandırdı. Azərbaycanın bu günə qədər əldə etdiyi uğurların coğrafiyası genişdir, hesab edirəm ki, ölkə Prezidentinin çıxışı çərçivəsində bu, dəqiqliklə cızıldı və gələcək əməkdaşlıq üçün böyük imkanların mövcudluğu əsaslandırıldı".
Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin cıxışında Ermənistanın işğalçı, təcavüzkar obrazı detallı şəkildə təsvir olunmaqla, onun dağıdıcı siyasətindən təkcə Azərbaycanın deyil, bütün türk-islam dünyasının əziyyət çəkdiyi səsləndirildi. Bunu işğalçı Ermənistanı təcridetmə taktikasının bir istiqaməti kimi nəzərdən keçirmək lazımdır.
Politoloq onu da qeyd edib ki, Şura türkdilli ölkələr arasında əlaqələrin yaradılmasında həlledici bir təşkilat rolunu oynayır. Eyni zamanda, türkdilli dövlətlərin həm beynəlxalq, həm də regional təşkilatlar çərçivəsində koordinasiya olunmuş fəaliyyətinə töhfə verir. Bütövlükdə Türk Şurası türk dövlətləri arasında əməkdaşlığın effektivliyini daha da artırmaqla yanaşı, türk dövlətlərinin beynəlxalq əməkdaşlıq sistemində yerini və rolunu da gücləndirir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin