Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2023 11:25
Xəbər verdiyimiz kimi, müğənni Səidə Dadaşovanın anidən səhhəti pisləşib və təcili olaraq xəstəxanaya yerləşdirilib.
Sonxeber.net xəbər verir ki, sənətçinin sağlamlıq vəziyyəti ilə bağlı məlumat əldə etmək üçün Bizim.Media-nın əməkdaşı S.Dadaşovanın həyat yoldaşı Məhəmməd (Maqa) bəylə əlaqə saxlayıb.
O, müğənninin səhhətini belə şərh edib:
"Hazırda həkimin otağındayam. Həyat yoldaşım Səidə xanım təcili olaraq əməliyyata gedir. Vəziyyəti ağırdır. Əlavə sizə informasiya verə bilməyəcəyəm".