Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2023 12:24
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu il mayın 14-də keçiriləcək prezident seçkilərində qalib gələcəyindən əmin olduğunu bildirb.
Sonxeber.net-ın TurkicWorld-a istinadən məlumatına görə, Prezident Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablayarkən bildirib.
Jurnalistin "Seçkilərdə qalib gələcəyinizə əminsizinmi" sualına Prezident Ərdoğan, : "Meydanların dilini ən yaxşı mən bilirəm. Xalqın bizə dəstək olacağını görürük" - deyə bildirib.
Məlumat üçün qeyd edək ki, Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cumhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İnce, Ata İttifaqının namizədi Sinan Oğan və Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.
Türkiyədə millətvəkili namizədlərinin siyahısı aprelin 9-da Ali Seçki Şurasına (YSK) təqdim edilib.