Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Türkiyə dünyada ən çox diplomatik korpusa malik olan beş ölkədən biridir"

Tarix: 13 Aprel 2023 15:50

Türkiyə dünyada ən çox diplomatik korpusa malik olan beş ölkədən biridir.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu "Cümhuriyyətin 100-cü ildönümünə həsr olunmuş "Əsrlərin Diplomatik Təcrübəsi" adlı simpoziumundakı çıxışı zamanı deyib.

"Biz şərəfli, səbirli, qətiyyətli və tədbirli rəftarımızla hər sahədə qanuni hüquq və mənafelərini qətiyyətlə müdafiə edən, ideyaları beynəlxalq səviyyədə axtarılan, təklifləri nəzərə alınan, problemlər üçün həll yolları istehsal edən diplomatik qüvvəyik. Bu gün Türkiyə 260 nümayəndəliyi ilə dünyanın ən çox diplomatik korpusa malik olan beş ölkəsindən biridir. Biz dünyada öz vətəndaşlarımıza ən geniş xidmət göstərir, ən sürətli innovativ texnologiyalardan istifadə edirik", - deyə Çavuşoğlu bildirib.

Milli.Az


Etiketlər:  Türkiyə dünyada ən çox diplomatik korpusa malik olan beş ölkədən biridir


RƏYLƏR