Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2023 17:06
Şahzadə Harri mayın 6-da Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimində iştirak edəcək. Onun həyat yoldaşı, Sasseks hersoginyası Meqan Markl isə uşaqları ilə birlikdə ABŞ-də qalacaq.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Bukingem sarayının mətbuat xidməti məlumat yayıb.
"Bukingem Sarayı Sasseks hersoqunun mayın 6-da Vestminster abbatlığında tacqoyma mərasimində iştirak edəcəyini təsdiqləməkdən məmnundur. Sasseks hersoginyası Şahzadə Arçi və Şahzadə Lilibetlə birlikdə Kaliforniyada qalacaq", - məlumatda deyilir.
Qeyd edək ki, 74 yaşlı III Çarlzın tacqoyma mərasimi II Elizabetin ölümündən səkkiz ay sonra, mayın 6-da Londondakı Vestminster abbatlığında 2 min nəfərin iştirakı ilə keçiriləcək.