Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2023 20:15
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, toplanış yerində nəqliyyat vasitəsi maneəsiz hərəkəti təmin olunub.
Belə ki, 1 yük maşını Laçından Xankəndi istiqamətində hərəkət edib.
Bundan əvvəl isə 7 avtomobilin müxtəlif vaxtlarda hər iki istiqamətdə hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Beləliklə, bu gün Xankəndi-Laçın yolunda hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 69-a çatıb.