Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sudanda silahlı toqquşmalarda ölənlərin sayı 56-ya çatıb, 600-dək insan yaralanıb

Sudanda silahlı toqquşmalarda ölənlərin sayı 56-ya çatıb, 600-dək insan yaralanıb

Tarix: 16 Aprel 2023 16:52

Sudanda toqquşmalar nəticəsində ölənlərin sayı 56-ya çatıb.

Milli.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Həkimlər Komitəsi bazar günü tviterdəki hesabında bildirib.

Qeyd edilir ki, toqquşmalar zamanı daha 595 nəfər yaralanıb.

Məlumata görə, təkcə Xartumda 25 nəfər həlak olub, 302 insan yaralanıb. Ölənlər arasında həm mülki şəxslər, həm də hərbçilər var.

Milli.Az


Etiketlər:  Sudanda silahlı toqquşmalarda ölənlərin sayı 56 ya çatıb 600 dək insan yaralanıb


RƏYLƏR