Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2023 05:40
ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) maliyyə şəbəkəsi ilə bağlı məlumat verənlərə 15 milyon dollara qədər mükafat təyin edib.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinə bağlı "Ədalət üçün mükafat" proqramı özünün Tvitter hesabında məlumat yayıb.
"SEPAH və onun Qüds qüvvələri kimi tanınan xaricdəki qolu bütün dünyada terror fəaliyyətlərinin dəstəkçiləridir. SEPAH bu fəaliyyətləri maliyyələşdirmək üçün kölgə şirkətlər və digər proksi qurumlar yaratmaq kimi müxtəlif maliyyə mexanizmlərindən istifadə edir, ABŞ və beynəlxalq ictimaiyyətin sanksiyalarını pozur", - məlumatda bildirilib.