Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Trabzonspor”la “Beşiktaş”dan heç-heçə - VİDEO

“Trabzonspor”la “Beşiktaş”dan heç-heçə - VİDEO

Tarix: 17 Aprel 2023 11:42

Türkiyə Super Liqasında 29-cu tura yekun vurulub.

Sonxeber.net matc.az-a istinadən bildirir ki, daha 2 görüş baş tutub.

"Girəsunspor" evdə "Sivasspor"u tək qolla məğlub edib. Səfərdə "Trabzonspor"la qarşılaşan "Beşiktaş" isə xal itkisi ilə üzləşib.

Hazırda 66 xala malik "Qalatasaray" vahid liderdir. "Fənərbaxa" 60 xalla ikinci, "Beşiktaş" 56 xalla üçüncü pillədə qərarlaşıb. "Adana Dəmirspor" 51, "Başakşəhər" və "Trabzonspor" hərəyə 45, "Kayserispor" 44 xal toplayıb. Azərbaycan millisinin hücumçusu Mahir Emrelnin də formasını geyindiyi "Konyaspor"un 36 xalı var. 

Türkiyə Super Liqası
29-cu tur
14 aprel

Antalyaspor - Alanyaspor 3:1
Qol: D.Sinik, 27. Ndao, 39. B.Yıldırım, 85 - Koka, 21.

Qalatasaray - Kayserispor 6:0
Qol: İkardi, 18; 42-pen; 45+12. Raşiça, 23. K.Aktürkoğlu, 59. Zaniolo, 71.

15 aprel

Adana Dəmirspor - Kasımpaşa 5:0
Qol: Akintola, 18; 21. Y.Sarı, 27. Ndiaye, 80. Belhanda, 90.

İstanbulspor - Başakşəhər 1:0
Qol: E.Eze, 45+7.

Fənərbaxça - Ankaragücü 2:1
Qol: Valensiya, 87-pen. Krespo, 90+6 - Sou, 80.

16 aprel

Girəsunspor - Sivasspor 1:0
Qol: Kampusano, 18.

Trabzonspor - Beşiktaş 0:0


Etiketlər:  Trabzonsporla Beşiktaşdan heç heçə VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ