Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bunun sadəcə adı “Sığorta”dır - VİDEO

Bunun sadəcə adı “Sığorta”dır - VİDEO

Tarix: 17 Aprel 2023 17:14

Əmlakın icbari sığortası ilə bağlı yığımlar gözləniləndən xeyli aşağıdır.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bunun əsas səbəblərindən biri təklif edilən icbari sığorta məbləğinin əmlakların qiymətindən dəfələrlə az olmasıdır.

Evin dəyəri nə qədər çox olsa da, bir hadisə baş verdikdə əmlakını icbari sığorta etdirən şəxs maksimum 25 min manat vəsait əldə edə biləcək.

Mütəxəssislər düşünür ki, sığorta məbləğinin daşınmaz əmlakın real məbləğindən ciddi şəkildə fərqlənməsi insanları əmlakın icbari sığortasından uzaqlaşdıran səbəblərdən biridir.

"Əmlakın icbari sığortasına vətəndaşların münasibəti isə birmənalı deyil"                 

Hazırda Bakı şəhəri üçün 50 manat rüsum ödənildiyi təqdirdə sığorta məbləği 25 min manat, Naxçıvan, Gəncə, Sumqayıt şəhərləri üçün 40 manat ödənildiyi təqdirdə 20 min manat və digər bölgələr üçün 30 manat ödənildiyi təqdirdə isə 15 min manat olaraq müəyyən olunub.

Ekspert İlkin İbrahimov bildirir ki, 25 min manat sığorta məbləği xüsusilə indiki yüksək qiymətli daşınmaz əmlaklarla müqayisədə çox kiçik rəqəmdir.

Sığorta eksperti bildirir ki, əmlakın dəyərinə görə daha yüksək sığorta məbləği əldə etmək istəyənlər bunu yalnız özəl sığorta şirkətlərinə müraciət etməklə reallaşdıra bilərlər.

Yəni 100 minlik evin 25 minini icbari sığorta təmin edirsə qalan 75 minlik hissəni vətəndaş yalnız könüllü sığorta ilə əldə edə bilər.

Ekspertin sözlərinə görə, hazırda daşınmaz əmlakın icbari sığortasında nəzərdə tutulan məbləğ vətəndaşların gözləntilərini qarşılamaq iqtidarında deyil. Buna görə də vətəndaşlar evlərinin real dəyərinə uyğun sığorta məbləğini hazırki vəziyyətdə əlavə xərc çəkərək özəl sığorta şirkətlərinin vasitəsilə təmin edə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Bunun sadəcə adı Sığortadır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ