Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Hakimiyyətin antimilli siyasəti nəticəsində diaspor ölkədən uzaqlaşdırılır''

''Hakimiyyətin antimilli siyasəti nəticəsində diaspor ölkədən uzaqlaşdırılır''

Tarix: 18 Aprel 2023 08:22

"Ermənistan hakimiyyətinin antimilli siyasəti nəticəsində diaspor ölkədən uzaqlaşdırılır".

Sonxeber.net "report"a istinadən bildirir ki, bunu Ermənistan parlamentinin deputatı İşxan Saqatelyan feysbukdakı səhifəsində yazıb.

"Birləşmiş Ştatlara 10 günlük işgüzar səfərimin nəticələrinə yekun vuraraq, bir çox partiya, ictimai və populyar görüşlər keçirərək, qeyd etməyi zəruri sayıram ki, müharibədən (44 günlük müharibə - red.) sonra ölkədəki mövcud vəziyyətə görə diaspor məyusluq və qeyri-müəyyənlik vəziyyətindədir.

Erməni diasporunun potensialı və imkanlarından nəinki tam istifadə olunmur, əksinə, mövcud hakimiyyətin antimilli siyasəti nəticəsində onlar ölkədən uzaqlaşdırılıb", - Ermənistan parlamentinin üzvü qeyd edib.


Etiketlər:  Hakimiyyətin antimilli siyasəti nəticəsində diaspor ölkədən uzaqlaşdırılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ