Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2023 11:38
Türkiyədə narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə Diyarbəkir vilayətində keçirilən 50-ci "Kökünü qurutma" əməliyyatı nəticəsində 215 şübhəlidən 133-ü həbs edilib.
Sonxeber.net-ın TurkicWorld-a istinadən məlumatına görə, onlardan 12-i məhkəmə nəzarəti şərti ilə, 70-i ifadəsi alındıqdan sonra sərbəst buraxılıb, 21 şübhəlinin axtarışı davam edir.
Qeyd edək ki, əməliyyat aprelin 14-də Diyarbəkir, Elazığ, Mardin, Ağrı, İstanbul, Çankırı, Mersin və Malatyada 2 min 135 polis-jandarma qrupları və 20 narkotik axtarış itinin iştirakı ilə keçirilib.