Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Serenay bir bölüm üçün 850 min alır" - Nuri Alço əsəbləşdi

Tarix: 18 Aprel 2023 15:58

"Yeşilçam"ın ulduzu aktyor Nuri Alço son açıqlaması ilə diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor baş rol ifaçılarının aldıqları məbləğlərdən şikayətlənib.

"Seriallarda mövzular eynidir. Reytinqi olandan sonra uzatdıqca uzadırlar. "Yarqı"nı izləyirəm. Aktyorlar çox yaxşıdır, amma mövzu uzadılır.

Digər məsələ isə ortada astronomik rəqəmlər var. Serenay Sarıkaya 1 bölüm üçün hər həftə 850 min lirə məbləğində ödəniş alır. Belə bir məbləğ ola bilməz. Bu pulu yalnız baş rol ifaçıları alır, digərləri o məbləği görmür. Biz pulsuz rollar ifa etmişik" deyə, o, bildirib.

Milli.Az


Etiketlər:  Serenay bir bölüm üçün 850 min alır Nuri Alço əsəbləşdi


RƏYLƏR