Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2019 11:16
Yapon mühəndisləri petabitlik şəbəkələr üçün ilk optik kommutator prototipini nümayiş etdiriblər. Belə avadanlıq 8K təsvir ölçülü videonu eyni anda 10 milyon qurğuda yayımlaya bilər.
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus" saytına istinadən yazır ki, Yaponiyanın Milli İnformasiya və Rabitə Texnologiyaları İnstitutu yeni nəsil funksional şəbəkələrin yaradılması istiqamətində mühüm addım atıb: optik siqnalları 1 Pbit/s sürətlə emal edən kommutasiya qurğusu hazırlayıb.
Prototip MEMS (mikroelektromexanik sistemlər) texnologiyasına əsaslanan az itki səviyyəsinə malik müasir irimiqyaslı optik çeviricilərdən, 3 tip ən yeni multipleks liflərdən istifadə edir və 10 Tbit/s-dən 1 Pbit/s-dək tutumlu siqnalların marşrutlaşdırılmasını həyata keçirir. Bu, müasir şəbəkələrin imkanlarından 100 dəfə çoxdur.
Emil Hüseynov