Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı bloqer EVLƏNİR - Belə ELAN ETDİ - FOTO

Azərbaycanlı bloqer EVLƏNİR - Belə ELAN ETDİ - FOTO

Tarix: 19 Aprel 2023 23:55

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer və iş adamı Hüseyn Həsənov subaylığın daşını atır.

Milli.Az Bizim.Media-ya istinadən xəbər verir ki, bu haqda 28 yaşlı Hüseyn sosial şəbəkə hesabında məlumat yayıb. 

Həsənov 24.04.2023 tarixini yazaraq "Nəyahət ki, Hüseyn evlənir" şərhini yazıb.  

Məhz bunun üçün də onun anası Bakıya gəlib. Anasını Həsənov Heydər Əliyev Hava Limanında yeni aldığı lüks "Lamborghini" avtomobili ilə qarşılayıb. 

Məşhur bloqer evlənəcəyi xanımın kimliyi ilə bağlı sualları cavabsız qoyub. Qeyd edək ki, Hüseyn Həsənov uzun zamandır ailə qurmaq və çoxlu övlad sahibi olmaq istədiyini bildirmişdi.

Həsənov evlənəcəyi xanımın onun ən sevdiyi "yumurta pomidor" bişirməsini bacarmasını da çəkdiyi videolarda hər zaman ön plana çıxarır.  

Milli.Az


Etiketlər:  Azərbaycanlı bloqer EVLƏNİR Belə ELAN ETDİ FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ