Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nazirin maşınına minən yaşlı qadın gündəm oldu: “O biri dünyada soruşsalar...” - VİDEO

Nazirin maşınına minən yaşlı qadın gündəm oldu: “O biri dünyada soruşsalar...” - VİDEO

Tarix: 20 Aprel 2023 05:06

Türkiyədə Eskişehirdə yaşayan yaşlı qadın enerji və təbii sərvətlər naziri Fatih Dönmezin xidməti maşını olan "Togg"u görüb və ona yaxınlaşıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yaşlı qadın nazirin maşınına minmək istədiyini deyib. Nazir onun bu istəyini gerçəkləşdirib. Yaşlı qadın ilk dəfə "TOGG C-SUV"ə minib.

Onun nazir Fatih Dönmezə dedikləri isə sosial mediada gündəm olub.

"O biri dünyada soruşsalar, "Togg"un yanında dayandıq, mindik demək istərdim", - deyə qadın bildirib.

Yaşlı qadının avtomobilin içində dua etdiyi və qürur duyduğu anlar kameralara əks olunub.

Milli.Az


Etiketlər:  Nazirin maşınına minən yaşlı qadın gündəm oldu O biri dünyada soruşsalar VİDEO


RƏYLƏR