Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-nin bu ərazisində Ramazan dövlət bayramı kimi keçiriləcək

ABŞ-nin bu ərazisində Ramazan dövlət bayramı kimi keçiriləcək

Tarix: 20 Aprel 2023 08:18

ABŞ-nin Miçiqan ştatının bir bələdiyyəsində müsəlmanlar ilk dəfə Ramazan bayramının ilk gününü dövlət bayramı kimi keçirəcəklər.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Miçiqan ştatının Dirborn şəhərinin meri Abdullah Hammud bildirib:

"Ölkədə ilk dəfədir ki, bir bələdiyyə Ramazan bayramını bayram elan edir və sizin inancınız digərləri kimi rəsmi olaraq tanınır. Düşünürəm ki, bu, çox vacibdir".

2021-ci ildə seçilən və Dirbornun ilk müsəlman meri olan Livan əsilli Hammud deyib ki, müsəlman icması ilk dəfə özünü doğulub böyüdüyü şəhərin bir hissəsi kimi hiss edəcək.

Bayramın ikinci günündə Dearborn Şurasının himayəsi ilə pulsuz Ramazan bayramı keçiriləcəyi də açıqlanıb.

Qeyd edək ki, Dearborn ABŞ-də ən çox müsəlman əhalisi olan şəhər kimi tanınır və onun 110 minə yaxın əhalisinin təxminən yarısının ərəb mənşəli olduğu məlumdur.

Ölkədə hər il Fitr bayramı getdikcə daha çox qəbul edilərkən, Nyu York və Nyu Cersi kimi müsəlman əhalinin çox olduğu bəzi ştatlarda bayramın ilk günü məktəblər bağlanır.


Etiketlər:  ABŞ ərazisində Ramazan dövlət bayramı kimi keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ